Əhəd Abıyevdən prezidentə müraciət: “Onlar kafedə yığışaraq dövlət əleyhinə çağırış edirlər”

16:05 - 23 İyul
    2335 oxunma

Daşkəsən rayon İcra Hakimiyyəti “Təzadlar” qəzetində “Əhəd Abıyev Daşkəsəndə fermerləri intihar həddinə çatdırıb” başlıqlı yazı ilə bağlı bəyanat yayıb. 

İH-dən "Bizimxeber.az"-a daxil olan açıqlamada bildirilir ki, 21.07.2020-ci il tarixdə “Təzadlar” qəzetində və saytında “Əhəd Abıyev Daşkəsəndə fermerləri intihar həddinə çatdırıb” başlıqlı məkrli niyyətlə yayımlanıb. Bu yazıda Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuza xələl gətirən, böhtan, uydurmalar yer alıb.

Bəyanatda qeyd edilir: “Bildiririk ki, “Hacı-Tağı adına kəndli fermer təsərrüfatı” MMC-nin rəhbəri qərb bölgəsində radikal müxalifətlə iş birliyində uzun müddətdir ki, fəallığı ilə seçilən, Qərb bölgəsində yaylaq torpaqlarının alverçisi, özünü guya fermer, çoban adlandıran, əvvəllər törətdiyi ağır cinayətlərə görə 16 il həbsdə olmuş, Gəncə şəhərində qeydiyyatı, yaşayış yeri olan, hazırda Daşkəsən rayonunun Xoşbulaq kəndində kafe, restoran işlədən və bir neçə ət mağazalarının sahibi Akif Nağı oğlu Rzayevdir. 

Daşkəsən rayon İcra hakimiyyəti başçısının 10.12.2003-cü il tarixli, 66 nömrəli sərəncamı ilə 24 nömrəli Dövlət fondu yay otlağından 50 ha (icarə müddətinin bitməsinə baxmayaraq, şər-böhtan yazıları ilə hazırda qanunsuz istifadə edir); 02.09.2014-cü il tarixli, 122 nömrəli sərəncamı ilə 24 nömrəli Dövlət fondu yay otlağından 125 ha; 02.03.2016-cı il tarixli, 10 nömrəli sərəncamı ilə 1 nömrəli Dövlət fondu yay otlağından 50 ha; 12.06.2017-ci il tarixli, 27 nömrəli sərəncamı ilə 1 nömrəli Dövlət fondu yay otlağından 200 ha olmaqla, ümumilikdə 425 ha torpaq sahəsi Akif Rzayevin icarəsinə verilmişdir. İcarəyə götürdüyü həmin torpaq sahələrinə Akif Rzayev pul müqabilində qonşu rayonlardan olan ayrı-ayrı çobanların, fermerlərin, şadlıq evi sahiblərinin sürülərini qanunsuz olaraq gətirib yerləşdirmişdir.   

Akif Rzayev 425 ha yay otlaq sahəsindən pul alıb alverçi kimi istifadə etməklə kifayətlənməyərək qanunazidd tələblərlə rayonun yay otlaq sahəsindən əlavə olaraq 300 ha zəbt edib sahiblənmək istədiyinə görə Xoşbulaq kənd əhalisinin böyük narazılığına səbəb olmuşdur. Buna görə də Daşkəsən rayon İcra hakimiyyəti Akif Rzayevin 3 dəfə ayrı-ayrı vaxtlarda Xoşbulaq kəndində 300 ha torpaq sahəsi ilə bağlı etdiyi yazılı müraciətlərinə qanunamüvafiq olaraq imtina vermişdir.  

Rayon İcra Hakimiyyətinin imtina cavablarından sonra Akif Rzayev Daşkəsən rayon İcra hakimiyyətinə qarşı qərəzçiliklə şər, böhtan, şantaj və hədə-qorxu ilə danışaraq özünün maliyyələşdirdiyi “Təzadlar” qəzetində və saytında silsilə məqalələr dərc etdirir. 

Daşkəsən rayonunun Xoşbulaq kənd sakinlərinin ümumi örüş otlaq ərazisi ilə rayonun Dövlət fondu yay otlaq sahələri həmsərhəddir. Kənar rayonlardan olan şəxslərin, fermerlərin sürülərini pul müqabilində Xoşbulaq kəndinin ərazilərinə gətirərək süni sıxlıq yaradıb qeyri-qanuni hərəkətlər etdiyi üçün çoxsaylı kənd sakinləri ilə Akif Rzayevin arasında dəfələrlə kriminal münaqişələr yaranmışdır və nəticədə kənd sakinləri onu həmin ərazidən qovmuşlar. Bununla bağlı 100-dən artıq Xoşbulaq kənd sakininin cənab Prezidentə, Baş prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, o cümlədən Daşkəsən rayon İcra hakimiyyətinə şəxsiyyət vəsiqələri və imzaları ilə təsdiq etdikləri müraciətləri vardır. 

Xoşbulaq kəndində yaratdığı narazılıq və qarşıdurma ilə bağlı Akif Rzayev dəfələrlə Daşkəsən rayon İcra hakimiyyətinə dəvət olunmuş, belə məsələlər barəsində məhkəməyə müraciət etməsi onun nəzərinə çatdırılmışdır. Haqsız olduğunu açıqlığı ilə bildiyi üçün Akif Rzayev aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə, ayrı-ayrı yuxarı qurumlara əsası olmayan qərəzli, yalan, şər və böhtan xarakterli müraciətlər edərək kənddə asayişi pozmağa, fikir çaşdırmağa və əhali arasında qarşıdurma yaratmağa çalışır.

Akif Rzayev qanunsuz, cinayətkar əməllərini həyata keçirmək məqsədi ilə fəaliyyətini təkcə Daşkəsən rayonu ərazisində deyil, 20 ildən çoxdur Goranboy, Göygöl, Samux rayonlarında və Gəncə şəhərində mütəmadi olaraq davam etdirir. Adı göstərilən şəhər və rayonların məhkəmələrində onunla bağlı çoxsaylı araşdırmalar aparılmış, həmin məhkəmə prosesləri dövri mətbuatda, saytlarda ictimailəşdirilmişdir.

Akif Rzayevin cinayətkar, yalançı, böhtançı şəxs olması məhkəmə qətnamələri ilə sübut olunaraq rəsmi təsdiqini tapmışdır. Belə ki, onun təkcə Gəncə şəhərində və Goranboy rayonunda şər, böhtan, yalançı mürəciətləri ilə bağlı 56 məhkəmə çəkişməsi vardır.   

Cinayətkar Akif Rzayev özünün 16 il həbsdə olduğunu və Qərb bölgəsində tanınmış kriminal şəxs olmasını gizlədərək müxtəlif vasitələrlə oğlu Şahin Rzayevi Daşkəsən rayon Polis şöbəsinə polis serjantı düzəltmişdir. Hansı ki Şahin Rzayevin atası Akif Rzayev 16 il, qardaşları Seymur 4 il, Ceyhun isə 5 il həbs cəzası çəkmişlər. İnanırıq ki, hörmətli Daxili İşlər naziri cənab Vilayət Eyvazov bu ciddi məsələni Nazirliyin Daxili Təhqiqatlar İdarəsində yoxlatdırıb lazımi tədbir görəcəkdir. Şübhəsiz ki, bu gün Daxili İşlər Nazirliyi çox etibarlı əllərdədir.   

Cinayətkar Akif Rzayevin oğlu polis serjantı Şahin Rzayev xidməti polis maşınında atasıyla birgə qonşu rayonların mal-qarasını, xüsusilə şadlıq evlərinin, restoran sahiblərinin qoyun sürülərini Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Hətəm Əzizovun verdiyi saxta arayışlar əsasında Xoşbulaq yay otlaq sahələrinə gətirərək, yerli sakinlərin örüş otlaq sahələrini qanunsuz zəbt etməklə ziyan vurmuş, nəticədə kənd əhalisi arasında kütləvi narazılıq və qarşıdurma yaratmşdır. Bu təsdiqedici faktı bütün rayon əhalisi bilir.

Daşkəsən rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 313-cü maddəsi ilə Hətəm Əzizovun barəsində cinayət işi başlanmış və Respublika Baş Prokurorluğunun nəzarəti ilə istintaq işləri davam etdirilir. 

Çoban Akif Rzayevin, oğlu polis serjantı Şahin Rzayevlə birgə məqsədləri odur ki, riyakarcasına böhtanlar atmaqla, hakimiyyət əleyhinə təxribatyönümlü çağırışlar etməklə rayon İcra hakimiyyətinə qarşı əsassız, böhtan xarakterli uydurmalar danışaraq ictimaiyyətdə çaşqınlıq yaradıb Hətəm Əzizovun barəsində rayon Prokurorluğunda aparılan cinayət istintaq işlərinə maneə olmaq və hədə-qorxu gəlib 300 ha əlavə yay otlaq sahəsini əldə etməkdir. 

Yuxarıda qeyd edilənlərlə yanaşı bildiririk ki, 21.07.2020-ci il tarixdə “Təzadlar” qəzetinə kirvəsi Akif Rzayevlə birgə müsahibə verən Ələkbərov Bəhrəm Ərəstun oğlu Akif Rzayevin təsiri altına düşərək Daşkəsən rayon İcra hakimiyyətinə qarşı qarayaxma kampaniyasına qoşulmuşdur.

Xüsusilə qeyd edirik ki, Bəhrəm Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı atası Ələkbərov Ərəstun İmran oğlu və anası Ələkbərova Mənzər Ağamməd qızı dəfələrlə ondan belə əməllərindən çəkinməsini tələb etsələr də, o, valideynlərinə məhəl qoymadan Akif Rzayevin təsiri ilə onları təhqir etmiş, hətta dəfələrlə döymüş, atası Ərəstun Ələkbərovu şərləyib həbs etdirmişdir. Keçmiş məhbus Akif Rzayevə qoşulmuş oğlanları Bəhrəm Ələkbərovu bu qanunsuz yoldan çəkindirə bilməyən atası və anası onunla əlaqələrini kəsmişlər. Akif Rzayev Bəhrəm Ələkbərovu ələ alıb özünə kömək məqsədi ilə Xoşbulaq kəndində sahibi olduğu “Elçin” kafesini də onun istifadəsinə vermişdir. Onlar tez-tez həmin kafedə yığışaraq görüşlər keçirib dövlət və hakimiyyət əleyhinə çağırışlar edirlər. Bunu bütün Xoşbulaq kənd sakinləri bilirlər.

Birmənalı olaraq bildiririk ki, 21.07.2020-ci il tarixdə “Təzadlar” qəzetində və saytında dərc edilmiş “Əhəd Abıyev Daşkəsəndə fermerləri intihar həddinə çatdırıb” başlığı ilə olan müraciət ictimai fikri çaşdırmaq üçün yalan və şayiədir. Akif Rzayevin həmin müraciətində qeyd olunan fikirləri qərəzli, tam əsassız, şər və böhtan xarakterli məlumatdır.  

Hazırda özünü “Azadlıq” qəzetinin törəməsi sayan radikal müxalifətin rekertlik edən “Təzadlar” qəzeti və fırıldaqçı, təxribatçı, böhtançı əməllərinə görə Yasamal Rayon Məhkəməsinin  qərarı ilə 2009-cu ildə həbs olunmuş şantajçı baş redaktoru Asif Mərzili ilə cinayətkar Akif Rzayevin dostluğu da, görünür, həbsxanadan başlamışdır. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri hörmətli Samir Nuriyevdən, Baş Prokuror hörmətli Kamran Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyevdən və Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirik ki, bu qarayaxma kampaniyasına hüquqi qiymət verilsin, bilərəkdən yalan, böhtan, qərəzli məlumatlar yayan 16 il həbsdə yatmış cinayətkar Akif Rzayev, onun oğlu – tərcümeyi-halını saxtalaşdıraraq Daşkəsən Rayon Polis Şöbəsində polis şerjantı olan Şahin Rzayev və “Təzadlar” qəzetinin şantajçı baş redaktoru Asif Mərzili barəsində təcili qanunamüvafiq tədbir görülsün”. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84