Əhalinin peyvəndlənməsi ilə bağlı 7 təklif

11:41 - 04 Yanvar
    1160 oxunma

Azərbaycan Həkimləri İctimai Birliyi əhalinin peyvəndlənməsi ilə bağlı təkliflər irəli sürüb.

Bizimxeber.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat verib. Həkimlərin təqdim etdiyi təkliflər aşağıdakılardır:

1. Peyvəndləmə prosesinə başlamazdan öncə əhalinin maarifləndirilməsi işinə start verilməlidir.

2. Elektron KİV-lər gündə bir neçə dəfə peyvənd haqda, onun elmin mühüm nailiyyəti olması, epidemik təhlükəsizlikdə müstəsna rolu, COVİD-19 pandemiyasında infeksiyalaşma zəncirinin qırılmasında rolu və vaksinasiyanın perspektivləri haqda məlumat verilməlidir

3. Bununla yanaşı, əhalinin peyvəndləmə sxemi üzrə kateqoriyalara bölünməsi, risk qrupuna aid olanlar haqda hərtərəfli və düzgün informasiya verilməlidir.

4. Həmçinin elektron KİV-lərdə və müvafiq tibb müəssisələrində peyvəndləməni icra edəcək tibb işçilərinin yetərində maarifləndirilməsi, təlimatlandırılması və treninqi məqsədəuyğun olardı.

5. Əhalinin peyvəndlənməsi ölkə üzrə ayrılan tibb müəssisələri haqda mütəmadi informasiya verilməsi zəruridir. İnsanların hansı prinsiplər (qeydiyyat, yoxsa yaşadığı ünvan) üzrə hara müraciət etmələri aydın olmalıdır.

6. Peyvənd olunan şəxslərə immunizasiya pasportu verilməsi təmin edilməlidir. Gələcəkdə bütün əhalinin immunizasiya pasportu ilə təmin olunmasına nail olmaq lazımdır.

7. Peyvənd olunacaq şəxslərin seçilməsi üçün onlarda anti-SARS-Cov-2 təhlili aparılması təmin edilməlidir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84