Əgər tərəflər danışıqlar masasına otursa... - Kavtaradze

22:53 - 30 Sentyabr
    830 oxunma

Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır. Bizimxeber.az xəbər verir ki, bunu Trend-ə gürcü ekspert, professor Elquca Kavtaradze deyib.

O bildirib ki, Dağlıq Qarabağ erməni qoşunları tərəfindən işğal olunub: 

“Ona görə də Azərbaycan beynəlxalq hüquq baxımından öz tarixi torpaqlarını qaytarmaq hüququna sahibdir. Yəni, Ermənistan Azərbaycana qarşı heç bir iddia irəli sürə bilməz. Ermənistan hökuməti heç vaxt münaqişənin həll ilə bağlı konstruktiv mövqe tutmayıb”.

Ekspert hesab edir ki, siyasi baxımdan Gürcüstan Azərbaycanı dəstəkləyir, eyni zamanda rəsmi şəxslər hər iki tərəfi danışıqlar masasına oturmağa çağırır: “Əgər hər iki tərəf danışıqlar masasına otursa, bunu Gürcüstanda etmək məqsədəuyğun olar. Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır. İşğal olunmuş əraziləri öz sahibinə, Azərbaycana qaytarmaq lazımdır”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84