Əfv Komissiyasının fəaliyyəti ilə bağlı şübhələr araşdırılacaq

13:18 - 17 Sentyabr
    1240 oxunma

“Əfv Komissiyasının bundan əvvəlki tərkibində bir sürücü böyük bir səlahiyyətə malik olubsa, bu, olduqca ciddi məsələdir”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında bildirib. O qeyd edib ki, deputat Elman Nəsirovun fikirlərindən sonra böyük jurnalist araşdırmaları başlayacaq.

“Bu məsələ araşdırılmalıdır. Bilmirəm bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”, - deyə Z.Oruc əlavə edib.

Deputat Elman Nəsirov komitənin iclasında deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki tərkibində qeyri-qanuni addımlar atılıb. Onun sözlərinə görə, Komissiyanın üzvlərindən birinin sürücüsü insanlara yaxınlaşıb həbsdə olan adamların əfv siyahısına düşməsini təklif edib. /oxu.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84