Əfqanıstandan Pakistana dostluq addımı

12:18 - 25 Noyabr
    2770 oxunma

Əfqanıstan Prezidenti Əşrəf Qəni Pakistanla dostluq münasibətlərini gücləndirmək üçün addım atıb. Ölkə başçısı bu məqsədlə bəzi pakistanlı məhkumların sərbəst buraxılması barədə göstəriş verdiyini açıqlayıb.

Belə ki, barəsində bir-iki ay inzibati həbs cəzası olan, pul cərimələrinə görə həbsdə olanlar azadlıqlarına qovuşacaq. Bu addıma Pakistan tərəfi də reaksiya verib. Pakistanın Əfqanıstandakı səfiri Əhməd Xan sosial mediada “Əşrəf Qəni tərəfindən verilən qərarı məmnuniyyətlə qarşılayırıq”, - yazaraq Prezidentə təşəkkürünü bildirib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84