Əfqan Nağıyevın yerinə təyinat

18:04 - 24 Avqust
    1510 oxunma

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib. General-mayor Firuz Böyükağa oğlu Şirin-zadə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, 17.08.2020-ci il tarixində Prezident İlham Əliyev general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə “general-leytenant” hərbi rütbəsi vermişdi. O bundan əvvəl DSX-nın Baş İdarə rəisi vəzifəsində çalışıb. 

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən və sonradan ev dustağlığına buraxılan general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidməti rəisinin (2020-ci ilin fevral ayından may ayının 13-dək) beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi olub. 

Belə ki, sabiq general 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84