Əflatun Amaşov: "Bu, uydurmadır, ağ yalandır"

23:39 - 29 Yanvar
    10240 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Azərbaycan Mətbuat Şurasının sədri Baş Prokurorluğa çağırılaraq ifadə verməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Bizimxeber.az xəbər verir ki, Əflatun Amaşov deyib ki, bu xəbər uydurmadır, ağ yalandır: "Səhərdən məsələdən xəbərdar idim. İstədim fikir verməyim. Həm də gözlədim ki, axşam olsun, reaksiyalara baxım, özüm üçün müəyyən nəticə çıxarım. Görünür, kimlərsə xəbərə baxıb şübhədə qalıblar.

Ona görə, münasibət bildirirəm. Nə üçün ortaya atılıb, kimlərin marağına uyğundur? Guya mən Baş Prokurorluğa çağırılıb jurnalistlərə mənzil bölgüsü ilə bağlı dindirilmişəm. Bəyan edirəm ki, belə bir hadisə baş verməyib. Bu, uydurmadır, ağ yalandır. Başqa nə deyə bilərəm ki...

Hər kəsə təşəkkür edirəm!"

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84