Eduard Şarmazanov: “Hər şeyə Nikol Paşinyan şəxsən məsuliyyət daşıyır”

22:01 - 10 Noyabr
    1940 oxunma

“Nikol Paşinyan və komandası 2,5 il ərzində Dağlıq Qarabağ haqda bəyanatlar verdi. Bu bəyanatlar Ermənistan hakimiyyətinin danışıqlar prosesindəki mövqelərini zəiflətdi, dalan yaratdı”. 

Bizimxeber.az xəbər verir ki, bu sözləri Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov səsləndirib.

O əlavə edib ki, müharibənin davam etdiyi 44 gün ərzində erməni rəsmiləri xəyali qələbədən - “Biz qalib gələcəyik”, “Hər şey qaydasında olacaq” kimi çağırışlar edib: “Bununla da əslində vəziyyət təslimçilik müqaviləsinin imzalanması nöqtəsinə gətirildi. 1990-cı ildən bu yana müzakirə edilən heç bir sənəddə ermənilər üçün bu qədər kədərli və xoşagəlməz qərarlar verilməmişdi. Heç bir sənəddə keçmiş Dağlıq Qarabağ vilayətinin ərazilərinin qaytarılması məsələsi yox idi”.

Şarmazanov əlavə edib ki, erməni xalqını bu mərhələyə hazırkı hakimiyyətin səriştəsizliyi gətirib: “Biz Nikol Paşinyanla görüşmüşdük. Bu görüş qapalı oldu, ancaq biz narahatlığımızı ona çatdırmışdıq. Paşinyanla görüş zamanı dedim ki, hər şeyə görə yalnız siz siyasi məsuliyyət daşıyırsınız. Əldə olunan razılaşma insanların arxasından, vətəndaşlarla müzakirə edilmədən həyata keçirilib. Qarşı tərəf müharibə başlamazdan əvvəl belə bir sona çatmanı bəlkə də xəyal edə bilməzdi”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84