Ədliyyə naziri vyetnamlı həmkarına məktub ünvanlayıb

18:16 - 04 Noyabr
    3130 oxunma

Xüsusi karantin rejimi şəraitində diplomatik kanallar vasitəsilə sentyabr ayında imzalanmış sənədin qüvvəyə minməsi münasibətilə Ədliyyə naziri Fikrət Məmmədov Vyetnamın Ədliyyə naziri Le Thanh Lonqa məktub ünvanlayıb. 

Nazirlikdən bildirilib ki, məktubda Əməkdaşlıq Proqramının qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyi, ədliyyə və məhkəmə sistemindəki islahatlara və yeniliklərə dair təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb. Nazir F.Məmmədov vyetnamlı həmkarına bir aydan artıqdır dünya ictimaiyyətinin diqqətinin yönəldiyi Ermənistanın işğalçılıq siyasəti, ölkəmizə və dinc əhaliyə qarşı beynəlxalq humanitar hüquq normaları kobud pozulmaqla törətdiyi hərbi təxribatlar, insanlıq əleyhinə və müharibə cinayətləri barədə ətraflı məlumat verib.

Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılmış müzakirələrdə qurumun qeyri-daimi üzvü olan Vyetnamın beynəlxalq hüquq normalarına sadiq qalmaqla Azərbaycanın haqlı mövqeyinin müdafiəsində prinsipiallıq göstərilərək dəstəyinə görə minnətdarlığını ifadə edib. Sonda nazir Azərbaycan-Vyetnam əlaqələrinin bundan sonra da müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Bizimeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84