“Edə bilmirsiniz, kresloları boşaldın” – Razi Nurullayev

16:05 - 25 Yanvar
    5680 oxunma


“Bu şəhid Əzizli Sabirin atası Hikmət Sabirovdur. İmişlidə üç nəfər itkin düşənlərdən birinin atasıdır. İmişlinin sonuncu şəhid atasıdır. Oğlundan sonra xəstəliyi ağırlaşıb, güclə yeriyir və ayaq üstündə durur. Bu kişinin ağır xəstəliyi hər kəsə bəlli idi. Oğlunun dəfnində elə ayaqüstə zorla dayanmışdı”.

Bizimxeber.az bildirir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyb.

“Düşünürəm ki, belə olmamalıdır. Onu qarşılamağa, xəstəxanaya yerləşdirməyə, özümün və köməkçimin 5-6 saat onlarla vaxt keçirməsinə etirazım yoxdur, mənə xoşdur. Amma bu işlə məşğul olmalı dövlət qurumları var. Əziyyət çəksinlər, məşğul olsunlar. Adı, soyadı, ünvanı verdim. Gedin məşğul olun. Edə bilmirsiniz, kresloları boşaldın. Bir dəfə susaram, iki dəfə susaram, üçüncü dəfə birbaşa Prezidentə müraciət göndərərəm. Çoxları kağız-kuğuz işi ilə məşğuldur, sənədləşmə edir günlərlə, aylarla, qaldırıb özünü qoyur dağ başına. Gedin konkret işlərlə məşğul olun.

Özəl klinika olan "Həyat" klinikasının rəhbərliyi, baş həkim Aslan müəllim, həkim-nevropotoloq Jalə xanım və bütün əməkdaşlar sağ olsunlar”, - deyə deputat bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84