DYP sürücülərə müraciət etdi

22:00 - 16 Fevral
    8200 oxunma


Baş Dövlət Yol Polisi İdarəsi yaxın iki gün ərzində Bakı şəhərində və  bölgələrdə hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücü və sərnişinlərə müraciət edib.

Bu barədə  açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülər hazırlıqlı olmalıdırlar.

V.Əsədov bu cür hava şəraitində sürücülərə son dərəcə diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, zərurət olmadığı hallarda ötmə əməliyyatı aparmamağı və qəfil manevrlər etməməyi tövsiyə edib.

Qurum rəsmisi qeyd edib ki, piyadalar da öz növbəsində hava şəraitinin tələblərinə uyğun hərəkət etməlidirlər: "Asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alaraq yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməli, həmçinin yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələrini tövsiyə olunur", - deyə Vaqif Əsədov bildirib.

Qeyd edək ki, ETSN Milli Hidrometeorologiya Xidməti yaxın iki gün ərzində hava şəraitinin dəyişəcəyi, sulu qar və qar yağacağı barədə xəbərdalıq edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84