Dövlət Turizm Agentliyindən hotellərə ciddi xəbərdarlıq

15:16 - 23 Fevral
    7720 oxunma


Loading...

Dövlət Turizm Agentliyi tərəfindən Bakı şəhərində yerləşən hotellərin monitorinqi çərçivəsində növbəti mediatur baş tutub. 

Məlumata görə, Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən monitorinqlərdə pandemiya dövründə fəaliyyət göstərən hotellərdə işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılıb. 

Mediaturdan sonra keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov bildirib ki, gün ərzində 70-dən çox hoteldə monitorinq keçirilir, təkcə Bakıda deyil, 21 rayonda hotellərdə monitorinq təşkil olunur. O, hotellərin işçi heyətini, eləcə də qonaqları xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlullar, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olduğu barəsində bir daha xəbərdarlıq edib və pandemiya ilə əlaqədar məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb. 


 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84