Dövlət Komitəsi ərinin yandırdığı qadını nəzarətə götürüb

19:30 - 07 Aprel
    37938 oxunma

Bir neçə gün öncə Gəncə şəhər sakini, 1986-ci il təvəllüdlü Məhbubə Vaqif qızı Abbasovanın həyat yoldaşı tərəfindən üzərinə benzin tökülərək yandırıldığı xəbəri verilmişdi.

Bizimxeber.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı məlumat əldə etmək üçün Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. 

Məlum olub ki, M.Abbasovanın boşanmaq üçün məhkəməyə müraciət etməsi tərəflər arasında mühabisəyə səbəb olub. Qeyd edilib ki, M.Abbasova uzun müddətdir yoldaşından ayrılıb və ata evində yaşayır. Aprelin 4-ü S.Abbasov həmin ünvana gələrək M.Abbasovanın üzərinə benzin tökərək yandırıb. 34 yaşlı qadının müxtəlif nahiyələrdən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin kafi olduğu bildirilib. Hadisəni törədən S.Abbasov istintaqa cəlb edilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin təyin etdiyi mütəxəssis və psixoloq nənələrinin himayəsində olanuşaqların vəziyyətini qiymətləndirmək üçün ailəyə səfər edib. Məlum olub ki, uşaqların psixoloji durumları normaldır və qohumları ilə birgə analarını xəstəxanada ziyarət ediblər. Onların bildirdiyinə görə, anaları əvvəllər də S.Abbasov tərəfindən zorakılığa məruz qalıb.

Ailə hazırda Dövlət Komitəsinin və yerli icra hakimiyyətinin nəzarətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə apardığımız çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir, cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84