Dövlət Gömrük Komitəsi ləğv edilərsə - Səfər Mehdiyevi və ətrafını nələr gözləyir?

13:54 - 01 Sentyabr
    11130 oxunma

Uzun illərdir yaradılmış bütün imkan və şəraitə baxmayaraq, sistemli və şəffav iş prinsipi qura bilməyən Dövlət Gömrük Komitəsinin gələcək fəaliyyəti ilə bağlı yeni planlar hazırlanır. 

Məlumatlı mənbələrdən Bizimxeber.az-a verilən məlumata görə, hazırda gömrük sistemində qurulmuş köhnə qaydalar başqa formada, daha doğrusu bir qədər müasir və daha peşəkarlıqla davam edir. Bu hallar da dövlət büdcəsinin artmasına, vergi sisteminin daha səmərəli işləməsinə, lazımınca vergi toplanmasına ciddi problemlər yaradır. 

Məlumata görə, gömrükdə mal dövriyyəsinin az göstərilməsindən tutmuş, adı olub özü olmayan şirkətlərin fəaliyyəti, onları bir əldə cəməyən qayının və dostların (?) qanunsuz işi nəticəsində şəffavlığa olan etibarın sıfra endirilməsi və sair hallar baş verməkdədir. Bütün bunların birdəfəlik həll edilməsi, Gömrük sisteminin qaydaya salınması üçün yeni qaydalar hazırlanmaqdadır. 

Məlumata görə, yaxın aylarda Dövlət Gömrük Komitəsinin balansında Publik Hüquqi Şəxsin yaradılması və səlahiyyətlərin İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti və İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə veriləcəyi planlaşdırılır. Bu əsnada  Dövlət Gömrük Komitəsinin yüksək rütbəli məmurları, eləcə də Komitə sədri Səfər Mehdiyevin gələcək aqibəti sual altına düşür.

Mənbə bildirir ki, bu prosesslər zamanı Səfər Mehdiyevin fəaliyyətinin ciddi şəkildə araşdırılması qaçılmazdır. Uzun illərdir gömrükdə yüksək vəzifələrdə çalışan Mehdiyevin ətrafında ( Gömrük talançılığı işini dərindən bilən Əbülfəz Məlikov kimi) ciddi korrupsiya şəbəkəsini idarə edən rəsmi və ya qeyri rəsmi (maklerlər) şəxslər formalaşıb. Bu da sədrin və onun timsalında qurumun səmərəli fəaliyyətinə ciddi əngəl yaradır. Bütün dirənişlərə baxmayaraq, gömrükdə stabil və səmərəli if fəaliyyəti qurulmur. Ona görə də, bu qurumun ləğv edilməsinə ciddi ehtiyac yaranıb.

Komitə sədri Səfər Mehdiyev hansısa vəzifəyə təyinat alacağı barədə dəqiq heç bir məlumat yoxdur. 

İlkin
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84