. .

DTX-nın həbs etdiyi iş adamıyla bağlı şok faktlar -  Müğənnilərlə sevgili olub - Foto

11:51 - 30 Aprel
    5292 oxunma

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində "Park Kolizey" MTK rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) da adı hallanır. 

F. Xəlilov adlı iş adamının Azərbaycanın tanınmış xanım müğənniləri ilə tez-tez adı hallanır.

Müğənni Şəbnəm Tovuzlu bir neçə il əvvəl iş adamı ilə sevgili olduğunu, hətta vətəndaş nikahında yaşadığını da mətbuata açıqlayıb. Şəbnəm daha sonra Familin sevgilisi yox, rəsmi və dini nikahlı əri olduğunu iddia etmişdi. Onların birgə şəkilləri də mediada yayımlanmışdı.

Daha sonra F. Xəlilovun gənc müğənni Vəfa Şərifova ilə də sevgili olması barədə məlumatlar dərc olunub. İddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur.

Vəfa Şərifova sosial media hesabında açıqlama yayaraq Şəbnəm Tovuzluya atmacalar atıb: "Mən həmişə demişəm ki, həmin şəxslə ailəliyim altı ildir. Bir qız övladım var. Onu da həmişə ona görə demişəm ki, məclislərə dəvət olunan zaman bilsinlər ki, ailəli bir xanımı dəvət edirlər. Ona görə davransınlar. Bəziləri kimi əlin, ayağın göstərib hədiyyələr göndərib, kiməsə acığ verməmişəm. Mən bununla gündəmə gəlməmişəm.

Bir xanım müğənni ilə şəklimi yanaşı qoyursuz. Yazırsız ki, sevgili olub. Bir kişinin həyatında çox qadın ola bilər keçmişində. Mən yoldaşımı keçmişinə görə qınaya bilmərəm. Əsas odu qadının keçmişi təmiz olsun. Kişinin keçmişində çox şey ola bilər. Mənim səhvimi görürsüzsə nə istəyirsiz yazın. Bir nəfərə bir söz desəm onda deyərsiz". 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84