DTX-nın Biləsuvarda keçirdiyi əməliyyatla bağlı açıqlama

15:37 - 29 Aprel
    765 oxunma

"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvət Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qafqazinfo.az saytı DTX-nın Biləsuvarda əməliyyat keçirdiyini və Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də daxil olmaqla bir sıra şəxsləri həbs etdiyini yazıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84