Düşmənin rəsmi itkiləri qəfildən 1000 nəfərdən çox artdı

16:05 - 14 Noyabr
    1820 oxunma

Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsində itkilərin yeni sayını açıqlayıb. Bu məlumata əsasən indiyədək 2317 hərbi qulluqçunun müharibədə öldüyü rəsmi təsdiqlənib. Söhbət cəsədləri məhkəmə tibb ekspertizasından keçən və ailələrinə təhvil verilənlərdən gedir.

Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikaqosyan bildirib ki, morqlarda hələ tanınmayan cəsədlər var. Habelə Azərbaycan tərəfi ilə cəsədlərin dəyişdirilməsi əməliyyatı hələ yeni başlayıb, bu səbəbdən itkilərin sayı barədə rəqəm artacaq. Onun sözlərinə görə, cəsədlərin dəyişdirilməsi əməliyyatı indi başladığı üçün itkilərin sayı barədə yekun rəqəmlər hələ məlum deyil.

Qeyd edək ki, bundan bir gün əvvəl Dağlıq Qarabağdakı qondarma rejimin “səhiyyə nazirliyi” 1383 hərbçinin öldüyünü açıqlamışdı.

Dağlıq Qarabağdakı qondarma rejimin və Ermənistan hökumətinin rəqəmləri düşmənin real itkiləri barədə rəqəmlərdən çox uzaqdır. Çünki ordumuz ərazilərimizi düşməndən azad edərkən döyüş meydanında qalan çoxsaylı erməni hərbçilərinin cəsədləri ilə qarşılaşırdı. Təxmin edilirdi ki, belə cəsədlərin sayı minlərlə ola bilər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84