Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz - FOTO

12:43 - 21 Dekabr
    2270 oxunma

İkinci Qarabağ savaşının qəhrəmanlarından biri də şəhid gizir Ariz Fərzulla oğlu Məhərrəmovdur. Şəhidimiz 1982- ci ildə Saatlı rayonunun Qara Nuru kəndində ziyalı ailəsində anadan olmuşdur.

Şəhidimizin qardaşı Məhərrəm Məhərrəmov öz xatirələrini Trend-ə danışıb.

Qardaşım uşaqlıqdan mərd, qorxmaz, cəsur bir oğlan idi. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. Hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə keçirib. Əsgərliyini bitirdikdən sonra evdən gizli gedib gizirlik kursunu oxuyub.Gizirlik kursunu fərqlənməylə bitirdikdən sonra, Bakıda N saylı hərbi hissədə idman rəisi (sərbəst döyüş üzrə təlimatçı) vəzifəsində xidmət edib.

Bu xidmət onu qane etmədiyi üçün könüllü döyüş bölgəsinə yollanıb. Döyüş bölgəsində olan hərbi hissənin kəşfiyyat bölüyündə baş çavuş kimi xidmət edib. Xidmət dövründə atıcılıq üzrə orduda bir neçə dəfə birinci yerə çıxıb. Ariz Silahlı Qüvvələrdə ilk dəfə "İstiqlal" snayper tüfəngini düşmənin canlı qüvvəsi üzərində sınaqdan keçirdib. 2014-cü ilədək düşmənin 31 canlı qüvvəsini məhv edib. Buna görə də Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb.

2015-ci il səhhətində yaranmış sağlıq problemlərinə görə ehtiyata buraxılıb.

Ariz Qarabağ müharibəsinin başlayacağı günü həsrətlə gözləyirdi. Nəhayət, o gün gəldi .

Ariz 27 sentyabr səhər tezdən formasını geyinib kənd nümayəndəliyinə gedib. Kənd nümayəndəsinə deyib ki, sənədimi verin müharibəyə gedirəm. Arizə deyiblər ki, sənin adın siyahıda yoxdur. Bunu eşidən Ariz əsəbiləşib.Kənd nümayədəsini ilə birlikdə hərbi komissarlığa gedib. Hərbi komissarlıqdan deyiblər ki, sənin ikinci qrup əllik dərəcən, həm də 38 yaşın var. Səni göndərə bilmərik. Ariz deyib ki, sənəd verin müharibəyə gedim.

Onsuzda gedəcəm. Qanunsuz olmasın. Buna da müsbət cavab almayandan sonra hərbi komissarla mübahisə edib, evə qayıdır. Evdə hamı ilə halallaşıb çıxıb gedib. Sentyabrın 28-i Suqovuşan istiqamətində döyüşə atılıb. Arizin yanında döyüş vaxtı bir əsgərimizi düşmən snayperlə başından vurub. Ariz,əsgərimiz dünyasını dəyişməmiş əlini onun sinəsinə qoyaraq onun qisasını alacağına söz verib. Bunu deyəndən sonra əsgər şəhid olub.

Həmin gün ermənilərin iki snayperi bizim şəxsi heyyəti başını qaldırmağa qoymurmuş. Ariz butulkaya neft doldurub, yandıraraq düşmən tərəfə atıb. Düşmənin snayperlərinin gizləndiyi yerdən çıxmasına məcbur edərək, onları zərərsizləşdirib. Bundan sonra döyüş yoldaşlarına deyib ki, mən öz qisasımı da aldım verdiyim sözü də tutdum. İndi rahat döyüşmək olar.

Qardaşı davam edərək bildirir ki, həmin döyüşdən sonra mənə zəng vurmuşdu. Mənə dedi ki, 33 düşmən əsgərini məhv eləmişəm. Ən çox sevdiyi rəqəm 33 idi. Bundan sonra öldürdüklərimi saymayacam.

29 sentyabr Suqovuşan kəndi uğrunda döyüşdə Arizgilin içində olduğu BMP vurulur. Ariz şəhidlik zirvəsinə ucalır. BMP yandığından içində olan əsgərlərimiz xilas ola bilmir və şəhid olur. Şəhidlərimizin kimliyini bilmək üçün DNT testi təyin olunur. Bundan sonra şəhidlərimizin kimlikləri müəyyənləşir.

Ariz Oktyabrın 20-də dəfn olunur.

Şəhidimiz ailəli idi. İki övladı bizlərə əmanət qaldı.

Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO) - Gallery Image

Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO) - Gallery Image

Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO) - Gallery Image

Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO) - Gallery Image

Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO) - Gallery Image

Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO) - Gallery Image

Düşmənin 33 hərbçisini məhv edən şəhid snayperimiz (FOTO) - Gallery Image

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84