Düşmən raketi Gəncə bazarına belə düşdü - VİDEO

16:53 - 06 Oktyabr
    9680 oxunma

Dünən səhər saatlarında Ermənistan ordusu növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket atıb. Qaynarinfo MediaPost-a istinadən xəbər verir ki, düşmənin öz ərazisindən atdığı raket Gəncənin mərkəzi bazarına düşüb.

Qeyd edək ki, Ermənistanın atdığı raketlər həmçinin şəhərdə Gəncə beynəlxalq xəstəxanasına, 34 saylı orta məktəbə, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, "Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə də düşüb.

Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Gəncə bazarında raketin düşmə görüntüsünü təqdim edirik. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84