Dörd bankda pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək

14:21 - 25 İyun
    1315 oxunma

Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanan son dörd bankda aşkar olunan hüquqi pozuntularla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

Bunu ADIF-in icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, bəzi bankların kredit verilməsi və bank qaydalarına riayət edilməməsi ilə bağlı nöqsanlar aşkar olunub: “Məlum olduğu kimi, ləğv edici funksiyası olduğuna görə Fond təkcə kompensasiyalar vermir, həmçinin kredit yığımı ilə də məşğuldur. Belə hallar aşkar olunduqda hüquq mühafizə orqanlarına müraciət olunur”.

O həmçinin əlavə edib ki, bağlanan son dörd bankda depozit qəbulunda yol verilən nöqsanlarla bağlı hüquq mühafizə orqanlarına mütləq şəkildə müraciət olunacaq.

Hüseyn Vəliyev


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84