Dörd aydan çox komada olan qazi şəhadətə yüksəldi

21:34 - 12 Fevral
    10680 oxunma


Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu şəhadətə yüksəldi.

Bizimxeber.az xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

2016-cı ildə "Aprel döyüşləri"nin də iştirakçısı olan Tacəddin İsmayılzadə Vətən Müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Xatırladaq ki, Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli şıhıri uğrunda gedən döyüşlərdə başından ağır yaralanaraq komaya düşüb.

Qeyd edək ki, Şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.Allah Rəhmət Eləsin! 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84