. .

Dünyasını dəyişən Azad Rəhimov kim idi? - Həyat yolu...

23:26 - 30 Aprel
    7102 oxunma

Bu gün uzun sürən xəstəlikdən sonra bu gün ABŞ-da dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovun həyat dosyesi belə idi... 

Bizimxeber.az Azad Rəhimovun həyat yoluna nəzər salır...

Azad Arif oğlu Rəhimov...

1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Onun babası — 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olan Sadıq Rəhimovdur.

Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.

Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır. 1986-1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

Ordudan təxris olunduğdan sonra o, 1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Azad Rəhimov 1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamına əsasən Azad Rəhimov Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin edilmişdir.

Azad Rəhimov Azərbaycanın gənclər və idman naziri olduğu müddət ərzində 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının, 2019-cu ildə UEFA Avropa Liqası Finalının, 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının, 2020-ci ildə isə UEFA Avropa Çempionatının Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olmuşdur.

Azərbaycanda idman sahəsində xidmətlərinə görə Azad Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, gənclərlə iş sahəsində xidmətlərinə görə isə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamına "Vətənə xidmətə görə" 1-ci dərəcəli ordeni ilə təltif edilmişdir.

Azad Rəhimov 2021-ci ili yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alır. Müalicəsini əvvəlcə Birləşmiş Ştatlarda, aprelin 30-dan isə Azərbaycanda alır. Hal-hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Azad Rəhimov ailəlidir. Arif adında bir oğlu var.

Allah Rəhmət Eləsin!

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84