Dünyanın  COVID-19 mənzərəsi - Yoluxma və ölüm statistikası necədir?

14:24 - 14 Fevral
    9840 oxunma


Pandemiyanın başlandığı gündən bəri dünyada aşkarlanan COVID-19 xəstələrinin sayı 108 milyon 535 min 739 nəfərə çatıb. Bizimxeber.az bildirir ki, bu barədə dəqiq statistikanı Amerikanın Cons Hopkins Universiteti açıqlayıb. 

Belə ki, dünyada bu günə kimi COVID-19 virusundan ölənlərin sayı 2 milyon 393 min 703 nəfər, sağalanların sayı ilə 80 milyondan çoxdur. 

5 milyon və ya daha çox koronavirus infeksiyası olan dövlətlər arasında  ABŞ, Hindistan və Braziliya ilk sıralarda yer alır. ABŞ yoluxan və ölənlərin sayında lider olaraq qalır. Bu ölkədə 27 milyon 574 min 201 nəfər yoluxub, 484 min 200 nəfər ölüb, 18 milyona yaxın insan sağalıb.

İkinci yerdə, pandemiya başlayandan bəri qeydə alınan COVID-19-a yoluxanların sayının 10 milyon 904 min 940, ölüm sayının - 155 min 642 olduğu, təxminən 11 milyon insanın sağaldığı ölkə isə Hindistandır.

Braziliya virusa yoluxanların sayına görə dünyada üçüncü yerdədir. Pandemiya zamanı 9 milyon 809 min 754 nəfər yoluxub, bunlardan 238 min 532 nəfəri ölüb, 8.7 milyondan çoxu müalicə edilib.

Rusiya Səhiyyə Nazirliyinin sərbəst infeksion xəstəliklər üzrə mütəxəssisi Vladimir Çulanovun verdiyi son məlumata görə isə, COVID-19-a yoluxanların azalmasına baxmayaraq, Rusiya pandemiyaya qarşı ciddi mübarizə aparan ölkələr sırasındadır. Onun sözlərinə görə, hökumət insanların immunitetinin qaldırılması üçün ciddi layihələr həyata keçirir. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84