Dünyanın koronavirusdan sağalan ən uzunömürlü sakini o oldu

18:27 - 09 Aprel
    20384 oxunma

Niderlandın 107 yaşlı vətəndaşı Karneliya Ras koronavirusa qalib gəlib. 

Bizimxeber.az lenta.ru-ya istinadən xəbər verir ki, bununla da o, dünyanın koronavirusdan sağalan ən uzunömürlü sakini statusunu qazanıb.

Xatırladaq ki, martın 17-da Qure-Overflakk adasında 107-ci doğum gününü qeyd edən Karneliya bir gün sonra özünü pis hiss etmiş, öskürməyə başlamışdı. Temperaturu 38 dərəcəyə yüksələn qadını xəstəxanaya yerləşdirmişdilər. Ona edilən Covid-19 testi pozitiv çıxmışdı. Rasla yanaşı, onun qocalar evindəki 40-dək qonşusunda da virus tapılmışdı. 2 həftəlik müalicədən sonra sağalan Karneliyanın qaldığı qocalar evində artıq 12 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Niderlandda 2396 nəfər koronavirusdan ölüb. Ümumi yoluxma sayı isə 21 min 800-dür. Xatırladaq ki, martın 18-də İranın Semnan şəhərində koronavirusa yoluxan 103 yaşlı qadın da Covid-19-a qalib gəlib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84