Dünyada ilk koronavirus vaksininin sınağı başa çatdı

10:40 - 12 İyul
    1740 oxunma

Rusiya ilk koronavirus vaksininin sınağının bitdiyini elan edib. Tədqiqatı aparan universitet və institutun rəhbərləri könüllülərin durumunu izah ediblər.

Seçenov Universitetində koronavirus əleyhinə dünyada ilk vaksinin sınaqları uğurla başa çatıb, könüllülərin ilk qrupu artıq çərşənbə günü evə yazılacaq.

Bizimxeber.az "Sputnik"ə istinadən bildirir ki, bu barədə Seçenov Universitetinin Tibbi Translyasiya və Biotexnologiyalar İnstitutunun direktoru Vadim Tarasov deyib. 

Rusiya Müdafiə Nazirliyi iyunun 18-də Seçenov Universitetində Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı koronavirus əleyhinə peyvəndin sınaqlarının keçiriləcəyini bildirmişdi.

“Seçenov Universiteti könüllülər üzərində dünyada ilk koronavirus vaksininin sınağını uğurla tamamlayıb”, - Tarasov deyib.
Tibbi Parazitologiya, tropik və transmissiv xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev RİA Novosti-yə bildirib ki, tədqiqatın bu mərhələsinin vəzifəsi vaksinin insan sağlamlığına təhlükəsizliyini göstərmək idi və buna da nail olundu.

Könüllülər iki qrupa bölünüblər – birincilərə bir, ikincilərə iki doza vaksin vurulub. Lukaşevin sözlərinə görə, peyvənddən sonrakı ilk günlərdə hərarətin qalxmasından başqa onlarda heç bir neqativ reaksiya müşahidə olunmayıb, hamısı özünü əla hiss edir.

FTBA-nın baş infeksionisti, Piroqov adına RMTTU-nun infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforov
© SPUTNİK / MURAD ORUJOV
Rusiyalı baş infeksionist: "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - MÜSAHİBƏ
Öz növbəsində Tarasov qeyd edib ki, könüllülər uzun müddət təcriddə saxlanılıb, xarici mühitlə əlaqələri hələ sınaqlardan əvvəl dayandırılıb ki, koronavirusa yoluxma halları istisna edilsin.

Tarasovun sözlərinə görə, uzunmüddətli təcrid könüllülərin psixoloji durumuna təsir edib. Tədqiqat zamanı münaqişəli situasiyalar yaranıb, emosinal gərginlik artdığından işə psixoloqlar cəlb edilib ki, çətin şəraitdə yaranan gərginliyi azaltsınlar.

Ancaq o deyir ki, yaxın günlərdə könüllülər adi həyatlarına dönə, idmanla məşğul ola, təhsil ala, işə gedə  bilərlər. İyulun 15 və 20-də evə yazıldıqdan sonra onların səhhəti tibb işçilərinin nəzarətində olacaq, həkimlər onların immunitetinin “özünü necə apardığını” öyrənəcəklər. 

Vaksinin sonrakı hazırlanma planı artıq onu düzəldənlərin strategiyası, eləcə də virusla bağlı epidemioloji situasiya və istehsalın mümkün miqyası ilə təyin olunacaq, Lukaşev deyib.

“Seçenov Universiteti pandemiya şəraitində təkcə maarifləndirici müəssisə deyil, həm də dərman preparatları kimi vacib və mürəkkəb məhsulların yaradılmasında iştirak edən elmi-texnoloji mərkəz kimi özünü göstərdi. Biz bu vaksinlə hələ kliniki tədqiqatlardan və protokolun hazırlanmasından öncə də işləyirdik, indi isə kliniki tədqiqatları aparırıq”, - Tarasov deyib.
Lukaşev isə əlavə edib ki, koronavirus infeksiyası əleyhinə vaksinin təhlükəsizliyi kliniki sınaqlar vasitəsilə təsdiq olunub.

“Bu mərhələdə vaksinin təhlükəsizliyi sübut olundu. O, hazırda bazarda mövcud olan vaksinlərin təhlükəsizlik səviyyəsinə uyğun gəlir”, - Lukaşev bildirib.

O qeyd edib ki, kliniki sınaqlardan öncə könüllülər hərtərəfli yoxlanılıblar, hətta onlarda koronavirusa qarşı anticisimlərin olmadığı da müəyyən edilib. Sonra onları iki həftəlik təcrid ediblər ki, yoluxmaasınlar. Bundan sonra isə immunizasiya aparılıb və tədqiqat başlanıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84