Dünya 5G-dən qorxur, Yaponiya isə 6G-yə hazırlaşır

11:20 - 30 İyun
    2615 oxunma

Nazirlər Kabineti daha əvvəl yeni formatın tətbiqi üçün hərtərəfli strategiya hazırlamaq məqsədilə iş adamlarından və texniki mütəxəssislərdən ibarət xüsusi ekspertlər şurası yaratmışdı.

Yaponiya hakimiyyəti 6–cı nəsl (6G) mobil əlaqə sistemi yaradan şirkətə 70 milyard yen (652,4 milyon dollar ) vəsait ayırmağı planlaşdırır.

Bizimxeber.az "sputnik"ə istinadən istinadla xəbər verir ki, onun icrası növbəti on illiyə planlaşdırılır.

Nazirlər Kabineti daha əvvəl yeni formatın tətbiqi üçün hərtərəfli strategiya hazırlamaq məqsədilə iş adamlarından və texniki mütəxəssislərdən ibarət xüsusi ekspertlər şurası yaratmışdı.

Hazırda, Yaponiya beşinci nəsil rabitə sistemlərinə (5G) keçir. Bu baxımdan Yaponiya bu prosesin daha əvvəl başladığı Cənubi Koreya və ABŞ-dan geri qalır. Bununla yanaşı, Tokio müvafiq avadanlıqların hazırlanmasında Çindən geri qaldığına görə narahatdır.

Qeyd edək ki, Yaponiya hökuməti, bizneslə birlikdə altıncı nəsil sistemlərinə keçiddə lider olmaq istəyir. Bu sistemlərdən pilotsuz nəqliyyat vasitələrində və uzaq tibbi xidmətin təşkili üçün istifadə edilə bilər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84