. .

Dneprdə Anarı güllələyən Cabbar Yusifovdur- idmançıdır və hətta “vor zakon”dur...

23:30 - 27 Aprel
    16876 oxunma

Ukraynanın Dneprepetrovsk şəhərində aprelin 22-də baş vermiş nümayişkarənə qətl barədə yeni təfərrüatlar üzə çıxıb.

Bizimxeber.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, həmin gün 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu güllələyib hadisə yerindən qaçan killer 28 yaşlı Yusifov Cabbar Asif oğludur. Hazırda onun axtarışları gedir.

Xəbər verildiyi kimi killer Anar Məmmədovu ona məxsus “Land Cruiser” avtomobilində güllələyib. A.Məmmədov şəhərin Kilsə meydanında yerləşən “Artist” restoranının qarşısında dayanmış avtomobilinə yaxınlaşıb, əvvəlcə azyaşlı uşağı maşına mindirib, daha sonra özü sükan arxasına keçib və yenicə hərəkətə başlayanda killer ona yaxınlaşaraq atəş açıb. A.Məmmədov yaralı halda maşından düşərək qaçmağa çalışsa da yaxınlıqdakı tramvay xəttinə yıxılıb, killer yaxınlaşaraq ona kontrol atəşləri açıb və hadisə yerindən qaçıb.

A.Məmmədovun barəsində ətraflı məlumat yoxdur, onun adı 2018-ci ildə aliment borcu və valideyinlik hüququndan mərhum edilmə işində keçir.

Onu öldürən Azərbaycan vətəndaşının 28 yaşı var, peşəkar idmançıdır. Dəfələrlə əlbəyaxa döyüş və yunan-roma güləşi üzrə yarışlarda iştirak edib, hətta gənclər arasında keçirilən yay Olimpiya oyunlarında iştirakçı olub. İki ay əvvəl Cabbarı hüquq-mühafizə orqanları tapança gəzdirdiyi üçün saxlayıb. Lakin məhkəmə onu girov əvəzində azadlığa buraxıb. Cabbarın fotolarına əsasən onun kriminal aləmdə yüksək statusa malik olduğu bildirilir, ola bilsin hətta “vor zakon”dur. Çünki çiyinlərində “ulduz” döymələri var.

Qətlin motivlərinə dair hər hansı versiya yoxdur.

Virtualaz.org

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84