Dünənə kimi Ramiz Mehdiyevə “atam” deyirdin…- Deputat Elşən Musayev ifşa edildi

11:39 - 25 Avqust
    1905 oxunma

"Mehdiyevin qurduğu böyük miqyaslı oyun ssenarisindəki bütün üzvlər, iştirakçılar, dəstəkçilər aşkara çıxarılmalı, nəzarətə götürülməlidir”. Bizimxeber.az bildirir ki, bunu  özünün sosial şəbəkə hesabında tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O, bir vaxtların alovlu Ramiz Mehdiyevçisi olmuş deputat Elşən Musayevi də ifşa edib: 

"Yetər artıq. Bu qədəri bəsdir. İfşa olunmalıdır, Ramiz Mehdiyev. Getməlidir işdən və vəzifədən. Getməlidir, siyasi arenadan. Getməlidir, bu millətin və dövlətin həyatından. Getməlidir, vəssalam". Bilirsiniz kim deyib? Deputat qırığı Elşən Musayev. Dünənə kimi Mehdiyevə az qala "atam-atam" deyirdi.

Cavanşir Həsənli bunun sübutu olaraq deputat Elşən Musayevin vaxtilə Ramiz Mehdiyev haqda söylədiyi fikirlərdən də sitatlar gətirib: "Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə o zaman biz kimik? Nə deyib ortada gəzirik?" 

Yaxud: "Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə ötəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır". Abrınız, həyanız olsun!”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84