.
.

DİN-dən quzu gəzdirənlər haqda açıqlama

11:57 - 03 Mart
    5480 oxunma


Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Bakının mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirən iki gəncin saxlanılması ilə bağlı məsələyə münasibət bildirib. 

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, həmin şəxslər quzu gəzdirdiklərinə görə yox, insanların toplaşmasına səbəb olduqları üçün şöbəyə aparılıblar: "Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi qaydalarının pozulmasına yol verə biləcək hərəkətlər qadağandır.

Pandemiya dövründə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə ərazidən uzaqlaşdırılıblar. Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib”.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84