.
.

DİN-dən Mehman Hüseynovla bağlı - Açıqlama

09:16 - 15 Mart
    4920 oxunma


Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov sorğusuna cavab olaraq bildirib ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb: 

“Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır. Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.

Qeyd edək ki, daha sonra M. Hüseynov sərbəst buraxılıb.

DİN-dən Mehman Hüseynovla bağlı

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84