DİN-dən bina söküntüsü zamanı polisin müdaxiləsi haqda iddialara reaksiya

17:48 - 28 Dekabr
    1960 oxunma

Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda bina söküntüsü zamanı narazılıq edən sakinlərin polis əməkdaşları haqda iradlarına münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, hər hansı binanın sökülməsi məhkəmənin qərarı ilə həyata keçirilir və rayon icra hakimiyyəti prosesə nəzarət edir: “Polis yalnız həmin ərazidə ictimai asayişi və təhlükəsizliyi təmin edir.

Bu zaman nəqliyyatın və insanların hərəkətinə maneə olan hər hansı toplantı olarsa qarşısı alınır, toplantını təşkil edən insanlar ərazidən uzaqlaşdırılır. Bu gün Nərimanov rayonu ərazisində də polis əməkdaşları qanunla müəyyən edilmiş qaydada hərəkət ediblər”.

Qeyd edək ki, sakinlər etiraz edən şəxslərin polislər tərəfindən saxlanılaraq aparıldığını bildiriblər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84