DİM buraxılış imtahanlarının vaxtlarını açıqladı

22:53 - 02 İyun
    1015 oxunma

IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. 

Qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. 

DİM-dən Bizimxeber.az-a verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli DİM-in saytına yerləşdiriləcək. 

Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.  

Növbəti həftə imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahana buraxılış vərəqələri müvafiq həftənin əvvəlində sayta yerləşdiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84