.
.

Dilin üzərindəki rənglər hansı xəstəlikdən xəbər verir?

13:51 - 31 Mart
    6440 oxunma

İnsan dilinin üzərindəki rənglər onun hansı xəstəlikdən əziyyət çəkdiyini söyləməyə əsas verir. 

Bizimxeber.az bildirir ki, Rusiyanın tanınmış mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə uzman həkim Nikita Harlov dil üzərində rənglərin hansı xəstəliyə aid olduğunu açıqlayıb.

Dilin üzərində çox vaxt ağ rəngli lövhə yaranır və bu xroniki qastrit və ya göbələk infeksiyasının olması deməkdir. Bu hal bəzən içdiyiniz dərmanların təsirindən yarana bilər. Odur ki, belə bir hal baş verdikdə ilk əvvəl həkimə müraciət etmək lazımdır. Dilin üzərində sarı lövhənin görünməsi onikibarmaq bağırsaq və mədə probleminin olması deməkdir.

Harlov hesab edir ki, bu hal artıq qastrit, reflüks, onikibarmaq bağırsaq xəstəliklərinin ağırlaşmış forması sayılır.  Bəzən müxtəlif səbəblərdən dildə böyük bir parçalanma ola bilər. Semptomlar arasında çatlaqın görünüşü, eləcə də selikli qişada xoşagəlməz duyğuların ortaya çıxmasının əlamətidir.

Qara rəngli lövhə bağırsağın qara kif ilə yoluxmasından xəbər verir. Onkoloq cərrah Mixail Masnyankin dil xərçəngi ilə bağlı öz fikirlərini bölüşüb. Dil xərçəngi insanın yaşamına ciddi təsir etməklə yanaşı, həm də danışmaq və yemək qabiliyyətindən məhrum edə bilər. 

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84