DGK-nin əməkdaşı şəhid oldu: 50 gün xəbər gəlmədi... - FOTOLAR

14:09 - 05 Dekabr
    3220 oxunma

Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid olub. Qaynarinfo xəbər verir ki, bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov "Facebook” səhifəsində məlumat paylaşıb. 

"Nigaran idik, amma ümidli idik... İtgin xəbərini aldığımızdan bəri yaşadığına inanırdıq. Qazi kimi dönəcəyinə, xidmət etdiyi gömrük postunda fəaliyyətini davam etdirəcəyinə inanırdıq. Qayıtdı, amma ŞƏHİD kimi... 

Torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək qayıtdı, Hacıyev Ülvi Şirin oğlu. Vətən müharibəsinin başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə yollanmışdı. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ŞƏHİD olub, ən yüksək məqama yüksəlib. Şəhadətin mübarək, Vətən oğlu! Ruhun qarşısında baş əyirik, ŞƏHİDİM!

Allah rəhmət eləsin, ruhu şad olsun! AMİN!"

Qeyd edək ki, 26 yaşlı Ülvi Hacıyevdəb 50 gün idi xəbər yox imiş. O, sonuncu dəfə 15 oktyabr tarixində qohumları ilə əlaqə saxlayıb. Şəhid DGK "Azərterminalkompleks" Birliyinin əməkdaşıdır. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda xidmət edib. Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84