"Deyirlər ki, pul yıgıb özünüz yollarınızı təmir edin" - Masallıdan kənd sakinləri yazır - FOTOLAR

12:49 - 05 Sentyabr
    4510 oxunma

"Biz MasallI rayonu, İsgəndərli kəndi H.Aslanov küçəsi cayın yuxari hissəsinin sakinləriyik. Yollarımız sonuncu dəfə 25 il əvvəl təmir olunub. Hazırda yollarımız keçilməz və bərbad vəzyyətdədir".

Bu fikirlər Masallı rayonu İsgəndərli kənd sakinlərinin Bizimxeber.az-a göndərdiyi müraciətdəndir. Məktubda qeyd olunur ki, qış aylarında əhalinin gediş-gəlişi çətinləşir. Uzun illərdir illərdir yollarımız baxımsız vəziyyətdədir: "Yerli icra hakimiyyəti bu vəziyyətlə maraqlanmır. Bu il Masallı rayonunda da bir neçə yol təmir edilsə də rayonun İsgəndərli kəndi H.Aslanov küçəsinin yolları yenə unuduldu. Dəfələrlə icra hakimiyyətindəki aidiyyatı şəxslərə müraciətlər etsək də əhalinin problemi ilə maraqlanmırlar. İcra hakimiyyətindən bildirirlər ki, pul yıgıb özünüz yollarınızı təmir edin, ya da pul verin yollarınıza asfalt vuraq".

Kənd sakinləri bildirirlər ki, H.Aslanov küçəsində çayın yuxarı hissəsində Masallı rayon icra hakimiyyətinin qərarı ilə təzə qəbrstanliğın təməli qoyulub. Lakin nə yollar təmirlidi, nədəki cayın ortasında əhalinin gediş gəlişinə körpü yoxdu. Sakinlər təmirsiz uzun yolu gedib gələ bilmirlər.  Odur ki,cənab prezident İlham Əliyevdən xahiş edirik ki, bizim yolların təmir edilməsi üçün köməklik göstərsin, təmir üçün göstəriş versin".

Masallı rayonu, İsgəndərli kəndi H.Aslanov küçəsinin bir qrup sakini

Bizimxeber.az

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84