“Deputatların səfərinin Almaniya hökumətinə heç bir aidiyyəti yoxdur” - Səfirlik

13:58 - 19 Oktyabr
    1030 oxunma

Almaniyalı parlamentarilərin Dağlıq Qarabağa qanunsuz səfərinin Federal Hökumətə heç bir aidiyyəti yoxdur.  Bizimxeber.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.  

“Federal Parlamentin iki üzvü və müxalifət partiyası AFD-nin Brandenburq əyalət parlamentindəki iki təmsilçisinin Dağlıq Qarabağ bölgəsinə səfəri barədə məlumatımız var. Parlament üzvləri qərar verməkdə sərbəst və müstəqildir. Bu səfərin Almaniya Federal Hökumətinə heç bir aidiyyəti yoxdur.

Federal Xarici İşlər Nazirliyi beynəlxalq hüquqa əsasən, Almaniya Federativ Respublikasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaması faktını xatırladaraq “Dağlıq Qarabağ bölgəsinə və ətrafındakı işğal olunmuş ərazilərə heç bir vasitə ilə getməmək” barədə israrlı səyahət xəbərdarlığı edib”, - deyə qeyd olunub. 

Qeyd edək ki, “Almaniya üçün alternativ” Partiyasının (AfD) 4 üzvü - Şteffen Kotre, Stephen Koiter, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər. (APA)

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84