Deputatla QHT sədri arasında qalmaqal — DTX-yə müraciət olundu

19:26 - 25 İyul
    2930 oxunma

“Adətən xanımlarla bağlı məsələlərdə diqqətli və dözümlü olmağa çalışıram. Bəzən yanlışlarının üzərindən də sakitcə keçməyi bacarıram. Xüsusilə də ideyasız və miskin insanlara o qədər də əhmiyyət verməməyə çalışıram. Ancaq bir həddə qədər. Günel Səfərova adlı fərqli düşündüyünü iddia edən birisi kimlərəsə yaltaqlanmaq məqsədilə şəxsimə böhtan atıb və söyləmədiyim bir ifadəyə görə xalqdan üzr istəməyimi tələb edib. Azərbaycanda bir nəfər də çıxıb 40 illik siyasi həyatımda bu xalqın, bu millətin əleyhinə deyilmiş bircə sözümü də tapıb çıxara bilməz”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, bunları qumda, İrəvanda, Vaşinqtonda, Brüsseldə və öz qiybətxanalarınızda uydura bilərsiniz, yalandan əxlaqsızcasına tirajlaya bilərsiniz, ancaq gerçək bir cümlə də tapa bilməyəcəksiniz: “Tərifim də, tənqidim də canım qədər sevdiyim bu millətin, bu dövlətin ancaq faydasına olub və olacaqdır. Odur ki, biz də cavab haqqımızdan istifadə edərək başa salmağa çalışmışıq ki, sizin kimilərin heç bir mənəvi haqqı yoxdur ki, xalqa sevgi, ona xidmət etmə, onun dəyərlərini qoruma kimi məsələlərdə bizə hansısa irad bildirəsiniz. Bir də bu miskin məxluq "yıxılmaq"dan, "əzilməkdən" söz açıb, bizə rəhmi gəldiyini də ifadə edib. İllərdir erməni, fars və soros şəbəkəsinin qarşısında öz millətimin və dövlətimin maraqlarını qoruyaraq çox vaxt da təkbaşına əzib keçdiyim bu məxluqlar hələ də bizim gücümüzü və iradəmizi qiymətləndirməkdən çox-çox uzaqdırlar. Ardınca adamın öz müsahibəsindən sitat gətirmişəm ki; "Dağlıq Qarabağda yaşayan erməniləri təhqir etməyək" deyən şəxsin nəinki qarabağlı, ümumiyyətlə azərbaycanlı olması şübhə doğurur. Çünki mən Qarabağımızda erməni ilə üz-üzə səngərdə Vətən torpağını qoruduğum illərdə bir nəfər də olsa bu cür qarabağlıya rast gəlməmişəm. Çünki erməninin millətimizə qarşı törətdiyi vəhşiliyi görən hər bir qarabağlı Günel Səfərovalardan fərqli olaraq indiyədək torpağımızın işğaldan azad olunmasına təsir göstərə bilməyən beynəlxalq konvensiyaları deyil, öz qan yaddaşlarını oxuyurlar. Utanmazlığın həddinə bax, məhz bu cür konvensiyalarla maskalanan adamlar bizdən üzr istəməyi tələb edirlər. Söylədim axı, həm erməniləri, həm də erməni mövqeyinin müdafiəçisi kimi çıxış edənləri enində-sonunda öz uca millətimdən üzr istəməyə məcbur edəcəyəm. Hansı platformada olursa olsun, sizin erməni qoxusuna bulaşmış yelinizin bu məmləkətdə əsməsinə yol verilməyəcək, söykəndiyiniz düşmən qayalarını da başınıza uçuracağıq. Hansı quruma müraciət edirsəniz, edin, bu sizin hüququnuzdur, biz hüququn alililiyinə inanan insanlarıq. Sizə şəxsimdən üzr istəmək üçün vaxt da vermirəm, üzürünüzü də qəbul etmək niyyətim yoxdur. Çünki "Dağlıq Qarabağda yaşayan erməniləri (fərqi yoxdur terrorçudur, Xocalıda övladlarımızın başını kəsib, səngərdə Azərbaycan əsgərini öldürüb- kursiv mənimdir- F.M.) təhqir etməyək" söyləyən zehniyyət ancaq babalarının ruhu qarşısında diz çöküb Allahdan tövbə diləməlidir. Yəni sizinki artıq üzrlük deyil”.

Fərqli Vətəndaş Hərəkatı və “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova F.Mustafaya cavab verib: “Təyinatlı deputat Fazil Qəzənfəroğlunun mənə atdığı şər, böhtan və ittihamla bağlı DİN və Dövlət Təhlükəsizlik xidmətinə rəsmi müraciət etdik. Artıq dövlət orqanları bu məsələni araşdırıb rəsmi cavab verməlidir. Deputat olmaq kiməsə şər atıb, fake profillərlə təhqir etdirmək toxunulmazlığı vermir.

Bu məsələ də araşdırılacaq, məhkəməyə qədər gedəcəyik. Biz qaraguruhçu, böhtançı, şərçi, kiminsə tapşırığı ilə səs-küy salan insan deyilik. Qarşı tərəfdən fərqli olaraq! Biz sivil, hüquqi yolla məsələnin həllinə və qarşı tərəfin məsuliyyətə cəlb edilməsinə nail olmalıyıq. Şərhlərdə mənim ünvanıma yazdırdıqları da onların ailə tərbiyəsini göstərir, doğmasına, ailəsindəkinə layiq bildiyini yazırlar. Ona görə dostlardan xahiş edirəm ki, şəxsi təhqir edən heç bir şərh yazmayın, hamısı silinəcək. Bizim fərqimiz daha sivil, qanunun aliliyini təbliğ edən, hüquqi dövlətin qurulmasına dəstək verğn fəaliyyət göstərməkdir. Tanrı Azərbaycanı milli maraqları şəxsi maraqlarına qurban verənlərdən qorusun!”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84