Deputatla nazirlik arasında qalmaqal davam edir - “Yanlışlığa yol verməmək lazımdır”

12:23 - 11 Sentyabr
    3000 oxunma

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb.

Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib”. 

Bizimxeber.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

“Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinati və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstərciləri ilə müqayisədə daha bədbindr. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəlliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. 

Rəqəmlərdə deyil, vətəndaşa əlilik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”,-deyə deputat əlavə edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84