Deputatın oğlu qonşu ölkəyə 50 milyon dollar sərmayə yatırdı – FOTOLAR

13:06 - 20 İyul
    2425 oxunma

Deputat Ağalar Vəliyevin oğlu Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletiyə 50 milyon dollar vəsait yatırıb. Bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib.

O bildirib ki, deputatın oğlu sözügedən bölgədə 3 bina tikdirib.Deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb. Gürcüstanın Kobuleti şəhərinin Aqmaşenebeli küçəsindəki bu beşulduzlu otelin təməli isə 3 il əvvəl atılıb. İnvestisiya dəyəri 200 milyon laridir. Təxminən 65 milyon dollar.

40.000 kv.metrlik sahəsi olan və 400 nəfərin işləyəcəyi oteldə 220 otaq və 300 nəfərlik konfrans salonu nəzərdə tutulur. Hotelin investoru deputat Ağalar Vəliyevin oğluna məxsus “Kristal Building” LTD şirkətidir”.

Cavanşir Həsənli qeyd edib ki, Tiflisin Zemo Vedzisi küçəsindəki bu kompleksin tikintisi azərbaycanlı investorlara 120 milyon dollara başa gələcək:

“Kompleksə beşulduzlu otel, iş mərkəzi, yaşayış binası və səhiyyə ocağı daxildir. İnvestor deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin şərik olduğu Kristal Building Ltd şirkətidir”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84