Deputatdan Şirəliyevə sərt ittiham: "Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir"

17:50 - 06 Avqust
    4850 oxunma

"Əlilliyin müəyyən olunması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən alınıb Səhiyyə Nazirliyinə verildi. Buna görə də, əlilliklə bağlı bu nazirliyi ittiham etmək lazım deyil”. 

Bunu Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas deyib. Deputat Səhiyyə Nazirliyini süddən çıxmış ağ qaşığa bənzədib: "Səhiyyə Nazirliyinin yerlərdəki baş həkimləri guya əlilliyin müəyyən olunmasını həyata keçirirlər. Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi iradlara münasibət bildirib: "Parlamentdə "Səhiyyə Nazirliyi yoxdur” fikirləri səsləndi. Hesab edirəm ki, bu doğru deyil. Pandemiya dövründə Səhiyyə Naziriyi, tibb işçiləri çox yaxşı çalışdılar”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84