.
.

Deputat və qardaşı məhkəməyə verildi - Nə baş verir?

18:17 - 02 Aprel
    49520 oxunma

“Kapital Bank” ASC deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib.

Bizimxeber.az bildirir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi borc müqaviləsi üzrə mübahisələrdir.

İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib.  İqbal Məmmədov həm də “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin qeyri-rəsmi sahibi kimi tanınır. /Hit.az/

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84