Deputat naziri tənqid etdi - “Süngü ilə qarşıladı…”

15:51 - 22 İyun
    765 oxunma

“Müdafiə naziri Zakir Həsənovun RealTV-dəki müsahibəsinə baxdım. Kifayət qədər maraqlı müsahibə idi. Ancaq onun özündən kifayət qədər yaşlı və kifayət qədər təcrübəli Millət vəkili olan Vahid Əhmədov haqqında söylədikləri fikirləri ilə razılaşmadım”. 

Bizimxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Etibar Əliyev özünün facebook səhifəsində yazıb. Etibar Əliyev daha sonra qeyd edib ki, nazir deputat həmkarımız haqqında bunları dedi: “Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir.” 

Millət vəkili daha sonra Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanununun 7-ci maddəsini xatırladıb: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər.” Vahid Əhmədovun Müdafiə nazirliyinin rəhbərliyi haqqında fikirlərinə Milli Məclisin bir neçə deputatı cavab verdi. Düşünürəm ki, ondan sonra deputat həmkarımıza belə həqarət etmək yolverilməzdir”.

Deputat daha sonra bunları yazıb: “2019-cu ilin büdcəsinin icrasının müzakirəsində Qüdrət Həsənquliyevin və Erkin Qədirlinin fikirlərini Maliyyə naziri Samir Şərifov süngü ilə qarşıladı. Elə cavablar verdi ki, sanki bunun fəaliyyəti haqqında heç kimin söz deməyə haqqı yoxdur. Əslində Qüdrət bəyin və Erkin bəyin söylədiklərində xeyli məntiqli məqamlar var idi. Bu cür hallar Milli Məclisin nüfuzdan düşməsinə səbəb olan hallardır”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84