Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü

01:48 - 24 Yanvar
    5560 oxunma


Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. 

Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə “Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.

Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir. Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84