Dekabr üzrə bütün müavinətlər ödənilib
10:37 - 29 Dekabr
-
1050 oxunma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
O qeyd edib ki, vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.apa
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84