Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

00:20 - 15 İyul
    990 oxunma

Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi ilə bağlı vətəndaşlara müraciət ünvanlayıb.

Müraciətdə deyilir:  

"Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir,  şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk.

Eyni zamanda, vətəndaşlarımızı bütün dünyada qlobal problemə çevrilmiş daha bir düşmənin – koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, yoluxma riskini dəfələrlə artıran toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq. 

İnanırıq ki, bu müraciəti anlayışla qarşılayaraq xüsusi karantin rejiminin tələblərinə əməl edəcək, özünüzün və yaxınlarınızın sağlamlığının qayğısına qalacaqsınız”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84