Daşkəsəndə qazi intihar etdi
-
4440 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

Azərbaycanda qazi intihar edib. Bizimxeber.az bildirir ki, hadisə Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Kənd sakini, Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Onun intihardan öncə ailə üzvlərinə məktub yazdığı bildirilir.
Qeyd edək ki, əsgər F. Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, yanvarın 6-da da qazi, 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında özünü asaraq intihar etmişdi. Ailə üzvləri onun psixoloji problemlərinin olduğunu bildirmişdi.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84