Daha hansı qurumlarda korrupsiya var? - Araşdırma aparılacaq... 

13:45 - 13 May
    1055 oxunma

30 il Azərbaycan ordusunda xidmət edən zabitlər necə bizə "düşmən" ola bilər...?

Son aylar ölkədə aparılan kadr təmizləmə siyasəti davam etdirilir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ilk olraq icra başçılarının həbsi ilə başlanan əməliyyatlar artıq daha iri ranqlı məmurlara çatıb. Mədəniyyət Nazirliyində aparılan əməliyyat, müavin və diğər rəsmi şəxslərin həbsindən sonra növbə Dövlət Sərhəd Xidmətinin oldu. Bu gün yayılan məlumata görə, DTX Dövlət Sərhəd Xidmətində ciddi əməliyyat keçirib və həbs olunanlar var. 

Bizimxeber.az bildirir ki, bu əməliyyatlar davam edəcək.

Məlumata görə, təmizləmə işləri Təhsil və Müdafiə nazirliyində də aparıla bilər.

Son günlər ehtiyyatda olan hərbçilərin Müdafiə Nazirliyində baş verən qanunsuzluqların gündəmə gətirilməsi və konkret Müdafiə naziri Zakir Həsənov, Baş Qərəgah rəisi Nəcməddin Sadıqovun adının müxtəlif faktlarda, torpaqların zəbt edilməsi və sairədə çəkilməsi ciddi araşdırmalara yol açır. 

Təbii ki, səsləndirilən faktlara cavab olaraq sözügedən qurumun rəsmiləri və ya onlara yaxın hərbçilər müəyyən rəylər ortaya qoyur. Hətta problemləri səsləndirən hərbçiləri "düşmən", "erməniyə işləyən" və sairə adlar altında ittiham da edirlər. 

Hansı ki, səsləndirilən ittihamların kökünü araşdırmaq, əsaslı subutlar ortaya qoymaq lazımdır. 30 il Azərbaycan ordusunda xidmət edən insanlar bu dövlətə, millətə necə düşmən ola bilər? Əgər onlar düşmən idilərsə nədən 30 il xidmət ediblər? O zaman bu insanlar niyə azadlıqda gəzir? Onlara niyə təqaüd verilir? Niyə araşdırılmır ki, bu faktları səsləndirən hərbçilər nə istəyir? Bəlkə onları kimsə idarə edir? Bəlkə onlar doğrudan da düz deyirlər?


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84