Daha bir vəzifəli şəxs işdən çıxarıldı

21:31 - 10 İyul
    1375 oxunma

Ağstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib.

"Bizimxeber" Report-a istinadən xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.

Həmçinin, informasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, keçmiş Ağstafa Rayon İcra Başçısının birinci müavininin də yerinə hələ ki, yeni təyinat olmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84