Daha bir şəhidimiz dəfn edildi - FOTOLAR

18:41 - 14 Yanvar
    2110 oxunma

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Afiq Həsənov Qusarda dəfn edilib. 

Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Həsənov Afiq Namiq oğlunun nəşi Qusar rayonuna aparılıb.

Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidlə vida mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, A.Həsənov cəbhənin Murov istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhid A.Həsənov Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi. Allah rəhmət eləsin!

  •  

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84