Daha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı - FOTOLAR 

12:38 - 05 İyul
    3835 oxunma

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu qurumla bağlı mətbuatda yayılan iddialara reaksiya verib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan (MKSİF) Bizimxeber.az-a verilən məlumata görə, MKSİF-də Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsi yoxdur: "Bir il əvvəl Hacıqulu Sadıqov Fondda əlaqələndirici vəzifəzinə təyin olunub və çox qısa müddətdən sonra vəzifədən uzaqlaşdırılıb. Hazırda MKSİF-nin belə bir işçisi yoxdur."

***

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb. 

Bizimxeber.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb: Onun sözlərinə görə  Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsinə Füzuli rayonunun adı verilib.

Sənədlərə görə, Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Praqa, Modrany, Na schoddkach 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların şirkətləri hüquqi qeydiyyatdadır. Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib.

Qeyd edəl ki, Hacıqulu Sadıqov 2017-ci ildə Energetika naziri Pərviz Şahbazovun əmri ilə nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən azad edilib. Daha sonra isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi təyin olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84